Koronavirus onlayn statistika

10 YAŞLI UŞAQDAN HAMILƏ QALAN QIZDAN GÖZLƏNILMƏZ HƏRƏKƏT - VİDEO

10 yaşlı dostundan uşaq gözlədiyini elan edən rusiyalı məktəbli qız hamiləliyi ilə bağlı kadrları nümayiş etdirib. O, bu şəkilləri özünün “Instagram” səhifəsində yerləşdirib.

REN TV xəbər verir ki, 14 yaşlı Daşa hamiləliyini anasının öyrəndiyini deyib.

Onun sözlərinə görə, qadın bunu biləndə qızına dəstək olacağını deyib və Vanyanın anası ilə görüşüb.

Qız hamiləliyinin sinif yoldaşları tərəfindən yaxşı qarşılandığını vurğulayıb:

“Uşaqlar mənə daha yaxşı münasibət göstərməyə başlayıb, bufetdə yemək payımı artırıblar”.

Xatırladaq ki, Krasnoyarsk diyarından olan 14 yaşlı məktəblinin hamiləliyi barədə yanvarın ortalarında məlumat yayılmışdı. Məktəbli qız uşağı saxlamaq qərarına gəlmişdi.

Regionun müstəntiqləri hadisə ilə bağlı cinayət işi qaldırıb. Onların məlumatına görə, noyabr ayında 13 yaşlı məktəbli tanışı ilə cinsi əlaqədə olub və nəticədə, hamilə qalıb. Qurum əməkdaşları nə oğlanın yaşını, nə də başqa təfərrüatı açıqlamasalar da, uşağın atasının qızın görüşdüyü 10 yaşlı məktəbli oğlan olduğu bildirilib.



Oxşar yazılar