Koronavirus onlayn statistika

190 manat sosial yardımla bağlı mesaj aldı, pulu başqasına verdilər - Bakıda QƏRİBƏ OLAY

akı şəhəri, Suraxanı rayon sakini Manaflı Nadir Nazim oğluna  işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımı ilə bağlı mesaj gəlsə də, o, bu yardımı ala bilmir.

Bununla bağlı Nadir Manaflı Panoram.az-a şikayət məktubu göndərib.

Məktubda deyilir:

"Aprelin 22-də mənə 190 manat sosial yardımla bağlı mesaj gəldi. Səhhətimdə problem olduğu üçün yalnız ayın 27-si, yəni 5 gün sonra yaşadığm Yeni Suraxanı qəsəbəsindəki poçta yaxınlaşdım. Poçtda dedilər ki, aprelin 25-i pul sizə verilib. Mənə imzalı kağız da təqdim etdilər. Bildirdim ki, mesaj gələndən ilk dəfədir ki, poçta gəlirəm. Sonra dedilər ki, sənin şəxsiyyət vəsiqənin mobil telefonda olan şəkili Ramana qəsəbəsində yerləşən poçta təqdim olunaraq 190 manat oradan alınıb.

Sonra "Azərpoçt"un baş ofisinə getdim, dedilər həmin poçt filialından tələb edin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142" qaynar xəttinə də problemlə bağlı zəng etdim, onlar da "Azərpoçt"a yönəltdilər. Onlarla da əlaqə saxlaya bilmirəm. Aidiyyatı qurumlardan xahiş edirəm araşdırıb kömək etsinlər".


Oxşar yazılar