Koronavirus onlayn statistika

"20 günlük karantin kifayət deyil”Komitə sədri

“Fikrimcə, 20 günlük karantin koronavirusun aradan qaldırılması üçün kifayət deyil”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.


Onun sözlərinə görə, hazırki durumda insanlar səbrli olmalıdırlar: “Havalar isinir, insanlar çölə çıxmaq istəyirlər. Biz bunu dərk edirik. Amma başa düşməliyik ki, biz evdə oturmaqla öz həyatımısı xilas edirik. Bu çətinliyə dözməliyik, bütövlükdə bir millət olaraq xarakterimizi göstərməliyik. Birlikdə çətinliyin öhdəsindən gəlməliyik. Yalnız bundan sonra pandemiyaya qalib gələ bilərik”. (Azvision.az)

Oxşar yazılar