Koronavirus onlayn statistika

41 nəfərin öldüyü dəhşətli anlar VİDEO-ya düşdü - Rusiyada

Ötən il Rusiyada 41 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının dəhşətli görüntüləri yayılıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ötən ilin may ayında Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində baş verən yanğın nəticəsində 41 nəfər həlak olub.

Rusiya Federasiyasının Təhqiqat Komitəsi qəzanın baş verəm görüntülərini yayıb.

Qeyd edək ki, Moskvadan Murmanska uçan sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

Təyyarənin göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olub.

Həmin videonu təqdim edirik.

Milli.Az

Oxşar yazılar