Koronavirus onlayn statistika

Angela Merkel çağırış etdi... — QAYDALARI ÖZÜ POZDU - FOTO

Almaniyanın kansleri Ankela Merkel Berlindəki supermarketdə alış-veriş edərkən kameralara tuş gəlib.

“Ölkə.Az” xəbər verir ki, kanslerin fotosu  “Splashnews” portalında yayımlanıb.

Görüntüdə Merkel dolu bir araba ilə marketdə gəzir. Eyni zamanda, mediada epidemiyanın artdığı bir vaxtda Merkelin mağazaya  tibbi maskasız ​​gəldiyi qeyd edilib.

Siyasətçinin səbətindək bir neçə şüşə şərab, tualet kağızı və müxtəlif qidalar olub. Sosial şəbəkə istifadəçiləri zarafatla Ankela Merkelin özünü təcrid etmək fikrində olduğunu bildiriblər.


Oxşar yazılar