Koronavirus onlayn statistika

Avrokubokların final oyunları rəsmən təxirə salındı

UEFA avrokubokların may ayında keçirilməli olan final oyunları ilə bağlı qərar qəbul edib.

BakuPost.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiayası üzündən qeyri-müəyyən vaxta təxirə salınıb.

Matçların taleyi UEFA-nın yaratdığı İşçi Qrupu assosiasiyanın prezidenti Aleksander Çeferinin başçılığı ilə təşkil olunacaq videokonfransda müzakirə olunacaq. Konfransda mümkün variantlar nəzərdən keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (Türkiyə), Avropa Liqasının həlledici matçı mayın 27-də Qdanskda (Polşa), qadınların Çempionlar Liqasındakı görüş mayın 24-də Vyanada (Avstriya) keçirilməli idi.

Oxşar yazılar