Koronavirus onlayn statistika

Azərbaycanda daha çox hansı yaşda olanlar koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA

“Azərbaycanda koronavirusa yoluxanlar arasında daha çox 50-60 yaş arasında olan şəxslərdir”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, 0-9 yaş arası və 80 yaşdan yuxarı şəxslərdən də koronavirusa yoluxanlar da var.

R.Bayramlı sözlərinə əlavə edib ki, yoluxanlar arasında qadınların sayı kişilərə nisbətən üstünlük təşkil edir.

BAKU.WS

Oxşar yazılar