Koronavirus onlayn statistika

Azərbaycanda kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırdı

Şəmkirdə 4 nəfər yanıq xəsarətləri alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər Vəli oğlu, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahid qızı və 2016-cı il təvəllüdlü Vəliyeva Banu Əkbər qızı yanıq xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara lazımi tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəni ev sahibi Vəli Vəliyev ailə münaqişəsi zamanı törədib. V.Vəliyev ailəsi ilə mübahisə etdikdən sonra benzin tökərək onları yandırıb.

Şəmkirdə kişinin həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırmasının bəzi təfərrüatları məlum olub.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib.

Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xilas edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadası ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar yazılar