Koronavirus onlayn statistika

Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

Azərbaycanda koronavirus xəstələrinin bölgələr üzrə dəqiq təsnifatı yayımlanıb. 

Oxu.Az koronavirusinfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlar ümumi xəstələrdən 149-u Bakı şəhərində qeydə alınıb.  

Paytaxt rayonları üzrə ən çox xəstə Yasamal(27), Binəqədi (23), Nəsimi (23), Nərimanovun (19) payına düşür. Abşerondan xəstələrinin sayı 9, Sumqayıtda isə 6-ya bərabərdir. 

Bakının digər rayonları üzrə göstəricilər belədir: 

Xətai rayonu - 13,  Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2 

Qeyri-müəyyən - 6 

Əyalətlərdə isə ən çox xəstə Lənkəranda (18) və Cəlilabaddadır (15). 98 nəfər koronavirusa yoluxan şəxs isə ölkə xaricindən gələnlərdir.  

Digər bölgələr üzrə göstəricilər belədir: 

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1. 

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. 

Oxşar yazılar