Koronavirus onlayn statistika

Azərbaycanın tanınmış xalq artisti vəfat etdi - FOTO

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov vəfat edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Xalq artisti Briliant Dadaşova məlumat verib.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışırdı.


BAKU.WS

Oxşar yazılar