Bakı bulvarında ŞOK ANLAR – Heç kim kömək edə bilmədi – VİDEO

Ötən gün Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veribər.

Bildirilir ki, hadisə saat 21 radələrində baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Yağmalıyev Mübariz Həsənbala oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

0
Loading...

Oxşar yazılar