Koronavirus onlayn statistika

Bakıda bu küçə və prospektlərə çıxmayın! - SİYAHI açıqlandı

Sabah xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq küçələrin bəzilərinin adları məlum olub. 

BAKU.WS xəbər verir ki, bu barədə paytaxtın kommunal xidmətindən bildirilib.

Qurumdan deyilib ki, aprelin 18-də 150-dən artıq əsas küçə və prospekt dezinfeksiya olunacaq:

“İlkin olaraq dezinfeksiya işləri 28 May küçəsindən başlanacaq. Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi və digər küçələr istiqamətində işlər aparılacaq”.

Dezinfeksiya işlərinə səhər saat 05:00-da start veriləcək.

Xatırladaq ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunub.

BAKU.WS

Oxşar yazılar