Koronavirus onlayn statistika

Bakıda çoxmərtəbəli binada yanğın zamanı qadın özünü binadan atdı- ANBAAN VİDEO

Dünən Bakının Xətai rayon, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
 
Anews.az-ın xəbərinə görə, yanğın zamanı 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla düşmək istəyərkən, eyvandan yerə yıxılıb.
 
Bu zaman o, ağır bədən xəsarətləri alıb.
 
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, L.Manafovanın həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasındakı yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Yenicag

Oxşar yazılar