Koronavirus onlayn statistika

Bakıda SMS icazə xidməti bu tarixdə LƏĞV EDİLƏ BİLƏR

Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin".

Bunu qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:

  "Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir".

Oxşar yazılar