Koronavirus onlayn statistika

Bayer Havertsin qiymətini açıqladı Bayer-lə 2022-ci ilin yayına qədər

Bayer Leverkusen Avropanın nəhəng klublarının diqqət mərkəzində olan Kay Havertsin transfer dəyərini müəyyənləşdirib.

Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 100 milyon avrodan aşağı qiymətə satmaq haqda düşünmür. Bu barədə Bayer-in baş məşqçisi Peter Boş Almaniya mətbuatına açıqlamasında deyib:

“Havertsi növbəti yayda sata bilərik. Bu, mümkündür. Dəyəri ən azı 100 milyon avro olan bir futbolçudur”.

“Bayer-lə 2022-ci ilin yayına qədər müqaviləsi olan Haverts, bu mövsüm Bundesliqada 22 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Almaniya millisinin də üzvü olan yarımmüdafiəçi ilə Bayern Münich, Chelsea və Liverpool yaxından maraqlanır.

Oxşar yazılar