Koronavirus onlayn statistika

Belçika xəstəxanasında insanı 34 dil bilən robot əvəz etdi - VİDEO

Belçikanın Antverpen Universitetinin xəstəxanasında insanı "Cruzr Health" adlı robot əvəz edir.

BiG.AZ-ın "Euronews"-a itinadən verdiyi xəbərə görə, girişdə dayanan robot insanların qızdırmasına və maska taxıb-taxmadıqlarına nəzarət edir.

Xəstəxana robotu ayda min avroya icarəyə götürərək, pula və işçi qüvvəsinə qənaət edir.

Robot 34 dildə danışır.

Onu yaradan "Zorabots" şirkətinin icraçı direktoru robotun etibarlı olduğunu bildirir.

Qeyd edək ki, hazırda "Cruzr Health" yalnız bu xəstəxanada fəaliyyət göstərir.

Natəvan Baxşiyeva

Oxşar yazılar