Koronavirus onlayn statistika

Bərbərlərə və taksi sürücülərinə ŞAD XƏBƏR!

Azərbaycanda sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilir.

Narinci.com xəbər veirr ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir.

Sənəddə deyilir ki, hazırda Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər.

Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər.

Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişikliklərdən sonra taksi sürən 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək, cəmi vergi və sosial yükü 39 manata enəcək.

Bu, bütövlükdə 51,5% azalma deməkdir. //Report.az

Oxşar yazılar