Koronavirus onlayn statistika

Bu ölkədə bütün beynəlxalq uçuşlar dayandırdı

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar martın 15-dən bütün beynəlxalq uçuşların dayandırılacağını elan edib.

 AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cümə günü Səudiyyə Ərəbistanında koronavirusa daha 24 yoluxma faktı qeydə alınıb. Bununla da Krallıqda COVID-19 virusu daşıyıcılarının sayı 89 nəfərə çatıb.
Martın 13-nə olan məlumata görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla Körfəz Əməkdaşlıq Şurasının altı ölkəsində (Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, Qətər, Bəhreyn) ümumilikdə 700 nəfər koronavirusa yoluxub.

Milli.Az

Oxşar yazılar