Koronavirus onlayn statistika

Bu qadın 20 ildir ki, suyun içində yaşayır - Səbəbini biləndə çaşıb qalacaqsız

Tez-tez bu sözləri eşidirik: “Zaman su kimi axır...” Bu ifadəni eşidəndə özümüzü sonsuz sayda var olan su zərrələrindən biri kimi hiss etməyimiz də az olmayıb. Sonra da oturub fikirləşirik ki, həyat davam edir. Bir gün də eşitdiklərimiz, gördüklərimiz bizi təəccübləndirir. Anlayırıq ki, bizim həyat nizamı dediyimiz çərçivədən kənarda da yaşayanlar var. Bu videoda qeyri-adi həyat yaşayan insanlarla tanış olacağıq. 1. Paturani. Hindistanın Qərbi Benqaliya əyalətindən olan bu qadın son 20 ildir suyun içində yaşayır. Hamımız bilirik ki, nə vaxtsa qocalacağıq. Bu, insan orqanizmi üçün təbii prosesdir. Paturani qocaldığını hiss edəndən bəri suda yaşayır. Deyilənə görə, o, ailəsini itirdikdən sonra həyatdan küsüb, depressiyaya düşüb. Sağ qalan yeganə qızı söyləyir ki, “anam iki ayda bir dəfə yemək yeyir. Tualetə də getmir. Anam tez-tez nəfəs alır, buna görə suda sağ qalmağı bacarır”. Qəribəsi budur ki, qadın suya girəndən bəri bir dəfə də olsun xəstələnməyib. Həkimlərin fikrincə, qadın psixoloji xəstədir. 2. Amoo Hadji. İranda yaşayan bu kəndli haqqında eşidəcəkləriniz sizi heyrətləndirəcək. 80 yaşlı Amoo Hadji 60 ildir ki, çimmir. Onun yaşadığı mühit də gigiyenik deyil. Bütün bədəni kirlə örtülən kişi 60 ildir üzünü də təraş etmədiyini deyir. Ən böyük hobbisi özü kimi kirli su borusundan kəsib düzəltdiyi qəlyanını sümürməkdir. O, qəlyanını heyvan gübrəsiylə doldurur. Həkimlərin fikrincə, onun çimmək istəməməsinin səbəbi hansısa tibbi problem, yaxud uşaqlıqdakı travma deyil. Bu, onun şəxsi seçimidir. 3. Paul Aleksandr. 70 yaşlı Paul 65 ildir polad ciyərə bağlı yaşayır. O, uşaqlıqda iflic keçirib. Poladdan olan ciyərinin yoxlanması və təmizlənməsi, lazım gəldikdə təmiri üçün də ancaq avtoservis ustalarına güvənir. Cihaz bir damcı düzgün işləməsə, Paul nəfəs ala bilmir və boğulmağa başlayır. NBC-nin məlumatına görə, Paul cihazın içində yaşadığı haqqında video çəkib youtube`yə qoyduqdan sonra daha da məhşurlaşıb. Paul deyir: “Bəzi insanlar bunu yaşamaq saymır. Amma, məncə, aldığın hər nəfəs o deməkdir ki, sən yaşayırsan. Ən qorxunc olanı nəfəs almamaqdır...” 4. Miguel Restrepo. Kolumbiyalı Miguel evsizdi. Amma, o, özünə yaşamağa yer tapıb. İstifadə olunmayan köhnə kanalizasiya xəttlərinin birində yaşayır. 22 ildir xanımı Mari Qarsiya və itiylə birgə kanalizasiya borusunda yaşayan Miguelin evində çarpayı, yemək bişirmək üçün soba və televizor da var. “Daily Mail” qəzetinin yazdığına görə Miguelin ən böyük qorxusu odur ki, nə vaxtsa, hökumət evini əlindən alar. 5. Mahant Amar Baharti Ji. Qolunuzu yuxarı qaldırın və neçə saat belə qala bildiyinizi ölçün. Çətindi, hə? Hindistanlı bu kişi 47 ildir ki, qolunu aşağı endirmir. 1970-ci ildə o, özünü inancına həsr etmək üçün işdən çıxır, ailəsini və dostlarını tərk edir. 1973-cü ildə bir yuxu görür. Elə o yuxunun təsiriylə də qolunu Tanrı Şiva üçün yuxarı qaldırır. O gün bu gündür, sağ qolunu bir dəfə də olsun aşağı endirməyib. Artıq qolu deformasiyaya uğrayıb. Mahant Amar qolunun ağrıdığını, amma daxilən rahatlıq tapdığını da deyir... Həmyerliləri Mahant Amar`ı “müqəddəs adam” hesab edir. 6. Chong Quing. Çinin Chong Quing kəndində yaşayan 80 yaşlı Loi 26 ildir ki, saqqalını kəsmir. Saçının uzunluğu 2 metrdən çox olan qocanın saqqalının uzunluğu 1,5 metrdi. Onun saçını yumaq üçün bütün kənd əhalisi səfərbər olur. Bu iş kəndlilərin beş saatını alır. Və onlar Loi`nin saçını yumaq üçün 3 litr şampun istifadə edirlər... 7. Hind Yogi. 83 yaşlı Yogi həkimlərin diqqətini çəkib və onu müayinə etməkçün müraciət ediblər. Səbəbi isə bu adamın inanılmaz iddiasıydı. O, deyirdi: “ Mən 72 ildir heç nə yemirəm. Heç adi su da içmirəm”. 8 yaşında olarkən o, evdən qaçır. Dediyinə görə, bir müddət sonra təbiətin enerjisi ona həyatda qalmağa, acmamağa və susuzlamamağa kömək edir. Yogi inanır ki, təbiət özü onu seçib. Həkimlər onu müayinə etmək üçün xüsusi metod tətbiq ediblər. Məlum olub ki, heç nə yeyib-içməyən Yogi tualetə də getmir. Həkimlər bu işə mat qalıb. Hələ də Yoginin necə yaşadığını tam aydınlaşdıra bilməyən tibb mütəxəssisləri düşünür ki, Hindistanda bu cür yaşayan çox adam var. 8. Çın Dicün. Əvvəlkilərə nisbətən, Dicün`ün həyatını bir az normal saymaq olar. O, heç vaxt dərman içmir. İnanır ki, onun xəstəliklərinin yeganə dərmanı benzindir. 71 yaşlı qoca 42 ildir ki, benzinə üz tutub. Bənnalıq və bambu oymaçılığı ilə məşğul olan Dicün bir ayda 3 litrdən çox benzin içir. Dediyinə görə, 1969-cu ildə sinəsi bərk ağrıyır. O, müxtəlif dərmanlar içir, amma, ağrıları azalmır. Nəhayət, benzin içir və sağalır. Çinli professorların fikrincə, Dicün`ün bu qədər benzin içib sağ qalması möcüzədir. Hesablamalara görə, indiyədək Dicün iki tona yaxın benzin içib. 9. Donnie-Ronnie Galyon. Qardaşınızla eyni otaqda neçə gün sakitcə və rahat yaşaya bilərsiniz? Hələ səsiniz çıxan kimi ananızın qapıya dəyən şəpitlərini demirəm. Zarafat edirəm, bu videoda söhbət taleyin birləşdirdiyi iki qardaşdan gedir. Donnie və Ronnie bir-birinə bağlıdırlar.

Oxşar yazılar