Koronavirus onlayn statistika

Burda koronavirus niyə yoxdur? - Virusun yayılmadığı tək yer...

Yeni növ Koronavirus (COVİD-19) virusunu təqribən 4 min insan dünyanın ən ucqar bir yerindən izləyərək böhranı başa düşməyə çalışır.

Narinci.com Türkiyə mediasına istinadən bildirir ki, soyuq hava şəraitində yaşamaq şansı daha çox olan Koronavirusun tək görülmədiyi yer Antraktida qitəsidir: Demək olar ki, hər yer buz və qarla örtülmüşdür. Daima qış şəraitinin yaşandığı bu qitədə təqribən 4 min insan dünyadakı virus böhranını anlamağa çalışır.

Amerikanın Washington Post qəzetində yer alan xəbərlərə görə, Antarktika qitəsində araşdırma aparan italyan Alberto Della Rovere, ölkəsindəki fəlakəti dünyanın bir ucunda narahatlıqla izləyir.

"Hal-hazırda Antarktika dünyanın ən təhlükəsiz yeridir" deyən Rovere, korona virusunun yayılma ehtimalının olmaması səbəbini isə xarici ölkələrlə əlaqənin olmaması kimi qiymətləndirir. Rovere həmçinin bildirir ki, korona virus olmasa da, Antrakdidaya məhdud sayda giriş və çıxış müntəzəm həkim nəzarətindən keçir. Antarktidada bir çox ölkələrin tədqiqat qrupları var. ABŞ tədqiqat qrupunun üzvü Amundsen-Scott, göndərdiyi fotonun altına "Bizdən narahat olmayın" qeydini atdı.

Antarktidadakı insanlar hazırda korona virusları olmadan yaşayırlar, lakin bu onlar üçün heç bir təhlükənin olmadığını bildirmir. Virus ora çatsa, həyatını çətin şəraitdə keçirənlər daha çox risk altına düşəcəklər, çünki karantin mərkəzləri qurula bilmir və tibbi ləvazimatlar çatışmır.

Antarktidada ən populyar dövr oktyabr-fevral ayları arasındadır. Çünki bu dövr Antarktida üçün yay deməkdir. Yay aylarında turist məqsədləri üçün gələnlərin sayı da artır.

Oxşar yazılar