Koronavirus onlayn statistika

Canlı yayımda duyğulu anlar: Koronavirus olan anası ilə belə vidalaşdı - VİDEO

ABŞ-da gənc qadın koronavirusdan vəziyyəti kritik olan anasının ölümünə bir necə dəqiqə qalmış onun ilə telefonla vidalaşıb.

Metbuat.az xəbər verir ki, ölümcül virus dünyada bütün insanlar arasında yayılmağa başlayandan bəri insanlar ailə üzvlərinin vaxtsız itkisini yaşayırlar. ABŞ-da yaşayan Mişel Bennet ölüm ayağında olan 75 yaşlı anası ilə telefonla vidalaşmalı olub. '' CNN International''-ın canlı yayımında bu hadisəni gözyaşları içərisində danışan qadın deyib ki,

"Orada olmaq istəyirdim, anamın əlindən tuta bilmədim. Çox aciz bir hissdir. O qədər əsəbi və çarəsiz idim ki."'


Vaşinqtondakı xəstəxananın tibb bacısı Bennettin anası ilə vidalaşmasını təmin edib. Bennett tibb bacısının şəxsi mobil telefonuna zəng etdiyini və anasının ağır nəfəs aldığını bildirib. Tibb bacısı gənc qadına anasının yəqin ki, artıq yaşaya bilməyəcəyini deyib.

" Ananız ilə vidalaşın o, tək qalmayacaq, sonuna qədər onun yanında qalacağıq."

Sonra Bennett xəstə anası ilə ''FaceTime'' vasitəsi ilə danışaraq vidalaşıb.

''CNN''-in canlı yayımında anasına "səni çox sevirəm" deyən Bennett, son vaxtlar anası ilə sözlərinin düz gəlmədiyini, tez tez dalaşdıqlarını və buna görə də vicdan əzabı keçirdiyini bildirib.

Bennett anası ilə son anlarını danışarkən, ''CNN''-nin aparıcısı göz yaşlarını saxlaya bilməyib.

"Mən anan deyiləm. Amma yaşadıqlarına görə çox təəssüf edirəm" deyib.

Bu duyğusal anlar canlı yayımda anbaan əks olunub. Həmin görüntüləri təqdim edirik.


Oxşar yazılar