Koronavirus onlayn statistika

Çin hökuməti “yeyilə biləcək” heyvanların siyahısını hazırlayıb

Çin hökuməti Uhan şəhər bazarında vəhşi heyvanlardan qaynaqlandığı güman edilən koronavirus pandemiyasının yayılmasından sonra ət üçün yetişdirilə biləcək mal-qaranın yeni siyahısını tərtib edib.

Qazet.az xəbər verir ki, hazırda paytaxt Pekin şəhərində vəhşi heyvan ticarəti müvəqqəti olaraq qadağan edilib.

Çinin Kənd Təsərrüfatı Nazirliyi isə donuz, toyuq, inək, qoyun kimi heyvandarlıq üçün istifadəyə yararlı heyvanlardan əlavə, alpaka, dəvəquşu və bir sıra maral növlərinin “xüsusi mal-qara” adı ilə yetişdirilməsinə icazə verib.

İki tülkü növü, yenot və norka kimi heyvanların heyvandarlıq subyekti kimi saxlanılmasına icazə verilir, lakin onların ətini yemək qadağandır.

Yarasalar, panqolinlər, pişiklər və s. kimi heyvanlar üçün xüsusi qaydaların tətbiq edilib-edilməməsi ilə bağlı isə məlumat verilməyib.

Həmçinin qeyd edək ki, itlərin də adı yeni tərtib olunan siyahıda yer qalmayıb.

Oxşar yazılar