Koronavirus onlayn statistika

Corcina Ronaldunu təbrik etdi: "Biz səni sevirik, ata" - FOTO

Model Corcina Rodriges sevgilisi, "Yuventus"un futbolçusu Kriştianu Ronaldunu hər il martın 19-u İtaliya, İspaniya və Portuqaliyada qeyd olunan atalar günü münasibəti ilə təbrik edib.

Fanat.Az xəbər verir ki, model bu varədə özünün "Instagram" səhifəsində paylaşım edib: Ronaldu və uşaqları ilə birlikdə fotonu paylaşan Rodriges buları yazıb: 

"Gücün və cəsurluğun sayəsində sən həmişə bizim qəhrəmanımız olacaqsan. Sən bizim qoruyucu mələyimizsən,  gecə və gündüz bizi müdafiə edirsən və sevincli anlarımızda bizim üçün xüsusi dostsan. Sən bizə böyük sevgini bəxş edirsən, böyük dəstək verirsən. Həmişə bizim üçün ən vacib və ən yaxşı insan olacaqsan. Biz səni sevirik, ata və təbrik edirik".

Oxşar yazılar