Koronavirus onlayn statistika

COVID 19-u sağaldan dərmanın istehsalına başlanıldı-SEVİNDİRİCİ XƏBƏR

COVID 19-u sağaldan dərmanın istehsalına başlanıldı-SEVİNDİRİCİ XƏBƏR

Türkiyənin yerli dərman şirkəti olan "Polifarma" ABŞ-ın Qida və Dərman Dairəsi daxil olmaqla, dünya ölkələri tərəfindən qəbul edilən və Səhiyyə Nazirliyinin koronavirus müalicəsində müsbət nəticə verməsini təsdiqlədiyi dərmanı reanimasiya xəstələri üçün xüsusi icazə ilə istehsal etməyə başlayıb.
Azerforum.com Metbuat.az-a istinadən xəbər verir ki, şirkətdən edilən açıklamaya əsasən bu dərman oral yolla dərman istifadəsi mümkün olmayan koronavirus xəstələrinə həll edilib damar vasitəsi ilə vurulur.
Türkiyədə ilk koronavirusa yoluxman hadisələrinin müşahidə edilməsindən sonra istehsal gücünü artıran şirkətin bu dərmanı klinik testlərdə müsbət nəticə verib.

Şirkətin səlahiyyətli nümayəndələrindən olan Vildan Kumrulu bildirib ki, onlar pandemiya zamanı virusdan müalicə üçün çıxış yolu axtarmağa başlayıblar.

''Bu çətin zamanda dünyanın dörd bir yanındakı təchizatçılarla əlaqə yaradıb, ən yüksək keyfiyyətdə olan xam maddəni ölkəmizə gətirməyi bacardıq. Sonra 100 min ədəd ampulanın istehsalını tamamladıq. Ən böyük xəyalımız sağlam bir Türkiyə görməkdir. Geniş istehsal tələbatını ödəmək üçün istehsal gücümüz var. Xammal tədarükünü tamamladıqdan sonra, yenidəjn 20 apreldə nazirliyin sifarişi ilə yeni bir dərmanın istehsalına başlayacağıq. "
Qeyd edək ki, şirkət istehsal edilən 100 min ampula Səhiyyə Nazirliyinə ianə ediləcək. Dərmanın 10 min reanimasiya xəstəsi üçün ümid olması gözlənilir.

Oxşar yazılar