Koronavirus onlayn statistika

Daha bir icra başçısı yola salınır

Yaxın günlərdə Bakı şəhərində bir neçə rayonun icra başçısının vəzifədən azad olunacağı haqda fikirlər var.

“Kommersant.az” xəbər verir ki, hakimiyyət daxilindəki etibarlı mənbədən Hurriyyet.org-a verilən məlumata əsasən, əslində, prezident İlham Əliyevin bu haqda bayramdan öncə sərəncam imzalayacağı gözlənilirdi. Lakin ölkədə mövcud olan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə başçısının bu sərəncamının bir qədər təxirə düşdüyü bildirilir.

Mənbə qeyd edir ki, bayramdan sonra işdən çıxarılacaq icra başçılarından biri Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdur. Sayt iddia edir ki, işdən çıxarılacaq bəzi icra başçıları haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.

Oxşar yazılar