Koronavirus onlayn statistika

DƏHŞƏT: Şəhərdə pişiklərin 15% -ində koronavirus aşkarlandı – Sakinlər panikada

Çinin Uxan şəhərinin Virusologiya İnstitutu və Huazhun Kənd Təsərrüfatı Universitetinin alimləri 100 küçə və ev pişiyindən qan nümunələrini sınayıblar və nəticəyə gəliblər ki, heyvanların təxminən 15% -i koronavirus infeksiyasının daşıyıcısıdır.

KONKRET.az xəbər verir ki, BioRxiv elektron elmi kitabxanasında yerləşdirilən həkimlərin müşahidələrinin nəticələri buna sübutdur.

Alimlər şəhərin müxtəlif yerlərindəki heyvan sığınacaqlarında araşdırma aparıblar. Elm adamları qeyd ediblər ki, buna bənzər bir şey epidemiyanın təsir etdiyi digər bölgələrdə də baş verə bilər.

Alimlərin fikrincə, virus hava damcıları ilə bir heyvandan digərinə keçə bilər.

Virusun pişiklərdən insanlara keçə biləcəyi barədə məlumat verilmir.

Virusun pişiklərdən insanlara ötürülməsi halları hələ qeydə alınmayıb.

Xatırladaq ki, virus Çinin Uxan şəhərində 2019-cu ilin dekabr ayının sonunda yayılmağa başlayıb. Sonradan ÇXR mütəxəssisləri xəstəliyin mənbəyinin yerli dəniz məhsulları bazarında satılan vəhşi heyvanların olduğunu aşkar ediblər. Həkimlər virusun inkubasiya dövründə də insandan insana ötürüldüyü qənaətinə gəliblər.

Babək Göyüş

KONKRET.az

Oxşar yazılar