Koronavirus onlayn statistika

DİQQƏT! 190 manatı alacaq vətəndaşların adları BU SAYTDA yerləşdirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-də işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qeyd edilən vətəndaşlar haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan siyahıya əsasən “azerpost.az” portalında yerləşdirilir. Saytda birdəfəlik ödəmələri poçt şöbələrinə köçürülən vətəndaşların məlumatları yer alıb. Məlumatlar mütəmadi olaraq yenilənir.
Portalın əsas səhifəsindəki müvafiq bölmədə şəxsiyyət vəsiqəsinin seriyasını və ya PİN kodu daxil etməklə məlumat almaq mümkündür.

Qeyd edək ki, vətəndaşların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə birdəfəlik ödəmə barədə SMS göndərilir.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” qeyd edilibsə, istənilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Oxşar yazılar