Koronavirus onlayn statistika

"Dünənə kimi fahişə, üzdəniraq deyirdik, bu gün isə..." - Nadir yardım edənlərə söz atdı - VİDEO

Müğənni Nadir Qafarzadə yenə qalmaqallı açıqlama verib.

Narinci.com xəbər verir ki, müğənni yardım aksiyaları ilə insanların rəğbətini qazanan bəzi tanınmışlara vaxtilə üzdəniraq və fahişə deyildiyini xatırladıb:

“Bir pozğun qadın olur, məhlədə hamı bu qadına pozğun, fahişə deyir. İllər keçir və bu qadın pullanıb biznes-ledi olur. Məhləyə gələndə vaxtilə ona fahişə deyən kişilər ondan iş istəyir. Həmin qadın onlara deyir ki, yadınızdadır, mənə fahişə deyirdiniz. İndi mənə bacı deyin, mən sizə iş verim. Həmin kişilər ona bacı deyirlər…

Sözümü ona gətirirəm ki, dünənə kimi kiməsə biz fahişə, əxlaqsız, pozğun, üzdəniraq deyirdik. Bu gün hansısa yaxşı əməlinə görə hər şey unudulub, artıq o insanların pozğunluqları, fahişəlikləri, əxlaqsızlıqları yaddan çıxıb. Artıq onlara kişi deyirlər. Ehtiyaclarını ödədiyi üçün artıq ona mərd deyirlər. Amma qürurlu və mərd oğlanlar var ki, dediklərinin üzərində dayanırlar və onların yardımını qəbul etmirlər. Yenə də həmin insanlara fahişə deyirlər. “Sənin yardımını almaq əvəzinə, özümü asıb öldürərəm” yazanlar var. Heç vaxt heç vaxt demə. Sözümü tutanlar tutdu, tutmayanlar da özləri bilər”.

Nadir imkansızlara yardım etdiyini, lakin bunu reklam etmədiyini deyib:

“Yardım edirəm, sadəcə paylaşıb göstərmək istəmirəm. Çünki onlar utanırlar, onları sındırmaq istəmirəm. Video çəkib göstərəndə, heç olmasa üzlərini göstərməyək. Üzlərini göstərib qürurlarını sındırmayaq”.

Qafarzadə daha sonra başqalarından pul yığıb insanlara kömək edənlərə səslənib:

“Hər kəs öz pulu ilə yardım etsin. Başqasının pulunu xərcləməyə nə var ki… Öz halal pulunuzla edin”./baku.ws


Oxşar yazılar