Koronavirus onlayn statistika

Dünya Çempionatı - 2002: Unudulmaz anlar - VİDEO və FOTO

Futbolsevərləri bayram günlərində sevindirmək üçün müxtəlif yarışların unudulmaz anlarını nəzərinizə çatdırırıq.

2002-ci ildə keçirilən dünya çempionatının unudulmaz anları ilə qarşınızdayıq.

1. İlk sensasiya elə açılış oyununda baş tutur. 1998-ci ilin dünya çempionu Fransa yığması ilk dəfə dünya çempionatına vəsiqə qazanan Seneqal yığmasına məğlub olur.

Fransa növbəti iki oyunda yalnız bir heç-heçə edir və turniri 1 xalla başa vurub, evə yollanır.

2. Uruqvayın müdafiəçisi Dario Rodriqez Danimarkanın qapısından möhtəşəm qol keçirir.

3. Rivaldo Türkiyə ilə oyunda simulyasiya edir və milyonların sevimlisi bir hərəkətlə karyerasına böyük ləkə salır.

4. Roberto Karlos möhtəşəm cərimə zərbəsi ilə Çinin darmadağınının əsasını qoyur.

5. Almaniya Səudiyyə Ərəbistanının qapısından 8 cavabsız qol keçirir. 1982-ci ildən sonra heç bir komanda belə böyük hesablı qələbə qazanmamışdı.

6. Meksika Borqettinin gözəl baş zərbəsi ilə önə keçdiyi oyunun 85-ci dəqiqəsində İtaliya bərabərliyə nail olur. Son dəqiqələrdə hər iki komandaya sərf edən nəticəni əldə etmək üçün futbolçular sadəcə topu bir-birlərinə ötürür.


Oxşar yazılar