Dünyanın ən qorxunc yeri olan bu əraziyə turistlər axın edir – FOTOLAR

“Mexico City”nin cənubunda yerləşən və su kanalları ilə əhatə olunan Xocimilchoda adlı ərazidə yerləşən “Gəlinciklər adası” qəribəliyi ilə görənləri heyrətləndirir.

Ətrafı su kanalları ilə əhatə olunan adanın məşhur olmasının səbəbi adından göründüyü kimi gəlinciklərlə dolu olmasıdır. Hər şey illər əvvəl adadakı bir qız uşağının su kanallarrının birində boğulması ilə başlayır. Don Julian Santana adlı bir adam həmin hadisədən sonra su kanallarından birində qız uşağına aid olduğunu düşündüyü bir gəlincik tapır.

Ölən kiçik qızın ruhunu yaşatmaq və adanı pis ruhlardan qorumaq məqsədilə gəlinciyi bir ağacdan asır. Zaman keçdikcə bu adət halına gəlir və Santana adada olan bütün ağacların hamısını gəlinciklə doldurmağa başlayır.

Gəlinciklərin bir çoxunun ya başı, ya ayaqları, ya da qolları yoxdur. Ən qəribə olan isə Santana 2001-ci ildə eynilə həmin qız uşağını kimi suda boğularaq ölür.

Həmin gündən sonra Santananın ailəsi adada turistik fəaliyyətlər təşkil edərək pul qazanır. Beləliklə bu ürkütücü ərazi bütün dünyadan gələn turistlərin maraq dairəsinə çevrilir.

0
Loading...

Oxşar yazılar