Koronavirus onlayn statistika

“Əgər belə gedərsə, xəstəliyin geniş vüsət alması qaçılmaz olacaq” - İlham Əliyev

“Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib:

“Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsus ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılan addımlara baxmayaraq, dinamika artır və bunun səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir”.

Prezident bildirib ki, Azərbaycan dövləti bu koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə ölkədə vəziyyət daha əlverişlidir:

“Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq”.

BAKU.WS

Oxşar yazılar