Koronavirus onlayn statistika

Əhaliyə hansı güzəştlər olacaq? - Nazirlər Kabinetinin rəsmisi açıqladı

Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, bütün bunlar ciddi və təfərrüatlı şəkildə hesablanmalıdır:

"Ən çox kreditlərlə bağlı gözləntilər var. Nəzərə alaq ki, ortada bankdır. Məsələn, bank sizdən depoziti alır və mənə kredit kimi verir. Məndən aldığı faizi sizə faiz dərəcəsi kimi ödəyir. Ona görə də bu zəncir elə qurulmalıdır ki, nə siz itirəsiz, nə mən, nə də bank. Çünki burada kimsə itirəndə hamı itirir".

NK rəsmisinin sözlərinə görə, bu rəqəmlər çox ciddi şəkildə hesablanmalıdır ki, yük bir tərəfin üzərinə düşməsin:

"Yük paylansın. Biz birlikdə dövlət qurmuşuq və dövlətin də işi bu gün ümummilli problemin yükünü bərabər şəkildə qaldırmaqdır. Prezidentin sərəncamının baza prinsipi budur ki, insanlara dəstək verilsin və bu dəstək mütləq olacaq".

Oxşar yazılar