Koronavirus onlayn statistika

Əlil uşağın ayağını qırıb evə yolladılar - VİDEO

Fizioterapevt İsmayıl K. əlil olan uşağı bardaş qurub oturtmaq istəyərkən ayağını qırıb, sonra isə xəstəxana əvəzinə evinə göndərib.

“HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib.

İddiaya görə, 15 yaşlı Efe Can Karataş anası Ayşə Bozdoğan tərəfindən xüsusi məktəbə aparılıb. Orada fizioterapevt İsmayıl K. yeniyetməni bardaş qurub oturtmaq istəyib. Ancaq ehtiyatsızlıqdan Efe Canın sol ayağını qırıb. Uşaq qışqıraraq ağlamağa başlayıb. Fizioterapevt isə təcili yardım çağırmaq əvəzinə, uşağı və anasını evinə göndərib.

Evdə uşağın vəziyyətinin yaxşı olmadığını görən ailə onu xəstəxanaya aparıb. Rentgen çəkilən zamanı uşağın sol ayağının qırıldığı məlum olub. 15 gün sonra uşaq əməliyyat olunub. Ailə İsmayıl K.-dan şikayət edib. 

Lakin məhkəmənin qərarı ailəni şoka salıb. Belə ki, fizioterapevtə, sadəcə, töhmət cəzası verilib.

Ana Ayşe Bozdoğan övladının ayağının qırılma səsini hələ də unutmadığını deyib.


Oxşar yazılar