Koronavirus onlayn statistika

Elza Seyidcahan koronavirusa şeir yazdı - “İt kimi tutub, yıx yerə”

Əməkdar artist Elza Seyidcahan koronavirus haqqında şeir yazıb.

Publika.az xəbər verir ki, özünəməxsus tərzi ilə seçilən sənətçi koronaya həsr etdiyi şeiri ilə də diqqət çəkib. O, “Taclı eybəcər” adlı yeni şeirini instaqramda paylaşıb.

Deyək sənə nöş gəlmisən?!

Yoxsa, deyək xoş gəlmisən?

Sən ey taclı eybəcər.

İçində bir insaf varsa,

Nə olar çıx get.

Vicdansız olmaz əcəl,

Yaşama qarğadan betər!

Tacın sənə qalxandırsa,

Qalxanını öz başında,

Edəcəyik tikə - tikə.

Biz olaq əkə, sən bizə ləkə,

Virusunla virusları

Silkələ - məhv elə.

Elə elə ki, ulasınlar.

İt kimi tutub, yıx yerə - qap.

Döyəclə, göyərt , yırğala, - cap.

Sillələ, sillələ...

Dondurmavirus.

Sən hərdən gəl,

Qanımızı, südümüzü,

Təmizlə.

Dostumuza hörmət elə,

Düşmənimizi kənizlə,

Zinamızı düyünlə

Qorxunc səsin-küyünlə.

Sədası xoşdur düzü,

Təmiz vicdan səsinin əks-sədasıdır özü.

Koronavirus.

Sirus əmi, düyümüzü, ətimizi,

Pilus əmi, paklığımızı, səmtimizi,

Sən isə, bizim axırımızı?

Rahat yatmaq istəyənlər,

Öldü yüzü.

Açıldı üzü, dirildi quzu.

Qanlıvirus.

Sən bizə dürüst, biz sənə sürük.

O mənə düşük, mən ona küsük.

Hər birimiz tükdən nazik "Qıl körpüsü".

Koronavirus,

İstəyirəm vicdan rahatlığım gəlib,

Şükran rahatlığım olsun.

Ləkəli vicdan, hamı üçün,

Keçmiş olsun.

Təmiz vicdan,

Əyləncələr yanğısının məşəli olsun.

İstəyirəm, gözləyirəm, ağlayıram,

Mən onu çox istəyirəm,

Hallıların amanı gəlsin özlərinə.

Yamanların yaxşısı girsin gözlərinə.

Sərvətimin qiymətidir vicdanlığım.

Vicdanımın külündən bəhrələndim.

İnsaf dinin yarısıdır, ləkəli virus.

Onsuz da sən nifrətlərə dönəcəksən.

Vaxt gələcək öləcəksən,

Sənin kimi ölənləri,

Basdıran da olmayacaq!

Oxşar yazılar