Koronavirus onlayn statistika

Əməkdar artist 8 aylıq nəvəsinə ev alıb - VİDEO

Əməkdar artist Könül Kərimova 8 aylıq nəvəsi Dənizə ev alıb. 

BAKU.WS xəbər verir ki, "Şou ATV" verilişinin qonağı olan sənətçi qızı Ləmanın rayonda yaşadığını və karantin rejiminə görə nəvəsini görə bilmədiyindən şikayətlənib:

"Qızım Ağcəbədidə yaşayır. Kürəkənimin işi oradadır. İşini buraxıb Bakıya köçə bilməzlər. İndi də yollar bağlanıb, ayrı qalmışıq. Nəvəm, qızım üçün çox darıxıram. Başqa bir duyğulardır. Bütün günü görüntülü danışıram, ürəyim partlayır.

Nəvəm üçün ev almışam. 8 aylıqdır, Allah qismət etsə, ona ad günü keçirəcəm. Bu bəladan qurtulaq, hər kəsi başımıza toplayacam, nəzir verib, qurbanlar kəsəcəm".


BAKU.WS

Oxşar yazılar