Ermənistan ordusunda komandir gənc zabiti döydü

Ermənistan ordusunun hərbi hissələrindən birində tabor komandiri gənc zabiti döyüb.

Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb.

Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini qeyd edib.

Oxşar yazılar