“Eurosport” millimizin oyunçusunu ələ saldı – VİDEO

“Eurosport” telekanalının saytı (rus versiyası) milli komandamızın müdafiəçisi Pavel Paşayevi ələ salıb.

Buna onun dünən “Avro-2020”nin Uelsə qarşı səfər matçında öz qapısına vurduğu qol səbəb olub. Qarşılaşma haqdakı xəbərdə belə bir cümlə işlədilib: “Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz”.

Xatırladaq ki, Uelsin oyunçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub.

0
Loading...

Oxşar yazılar