Koronavirus onlayn statistika

“GESCO” ASC də fonda 100 min manat vəsait köçürdü

Ölkənin aparıcı mühafizə şirkətləri sırasında olan “GESCO” ASC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 100 min manat məbləğində yardım edilməsinə qərar verib.

“Azərbaycanda fəal sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir insan kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürməyimizi həm vətəndaşlıq borcumuz, həm də Korporativ Sosial Strategiyamızın ayrılmaz tərkib hissəsi kimi qəbul edirik.

Bir şirkət olaraq koronavirsula mübarizəyə cəlb olunmuş bütün dövlət qurumlarının şəxsi heyətlərinə dərin təşəkkürümüzü bildiririk və hər zaman onların yanında olmağa hazırıq”.

“GESCO” (General Security Company) Açıq Səhmdar Cəmiyyəti 25 iyun 2005-ci il tarixdə təsis olunub. Hazırda Bakı şəhəri ilə yanaşı Azərbaycan Respublikasının müxtəlif rayonlarında mühafizə xidmətləri göstərir.

Şirkətin 100-dən çox layihəsi və 1200 nəfərdən ibarət təkmilləşmiş işçi heyəti mövcuddur.

Oxşar yazılar