Koronavirus onlayn statistika

Gömrükçülər yükün altından görün nə tapdılar - FOTO

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda baxış keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən KONKRET.az-a verilən məlumata görə, yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1798 ədəd qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar yazılar