Koronavirus onlayn statistika

Hacı Nuran Mübariz Mənsimovla bağlı hər şeyi açdı: "Gizlətməyəcəm..."

Aparıcı Hacı Nuran həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimova dəstək olub.

Panoram.az-in məlumatına görə, o bildirib ki, M.Mənsimovun  bir iftiraya, bir şərə uğradığı bəlli olacaq:

"Son günlər onun adı dövrü mətbuatda tez-tez hallanır . Haqqında deyilənlərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm . Çünki O, hazırda Türkiyədə həbsdədi və istintaq materiallarının tədqiqindən sonra Mübariz Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq yəqin ki .

Çünki hamı Mübariz Mənsimovun necə bir oğul, necə bir iş adamı olduğunu yaxşı bilirlər . Bu o Mübariz Mənsimovdur ki, etdiyi yardımları da, xeyriyyəçiliyi də həmişə gizlədib, reklam etməyib . Bu o Mübariz Mənsimovdur ki, bütün canı, qanı qədər Azərbaycana bağlıdır . Ən sıravi vətəndaşından tutmuş, ən yüksək məmuruna kimi hamını özünə doğma sayan adamdı Mübariz . Düşünürəm ki, O başqa cür ola da bilməz . Adı Mübariz olanların buna haqqı yoxdur çünki . Bu gün iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Qurban oğlu Mənsimovun 22.03.1968 doğum günüdür . Gizlətməyəcəm: onun kimi bir iş adamının həbsdə olması, bugünkü ad gününü doğmalarının əhatəsində deyil, həbsdə keçirtməsi bir azərbaycanlı kimi məni də çox təsirləndirir . Və təəssüf edirəm . Çünki Mübariz Mənsimov zindanlara layiq oğul deyil . Haqq nazilər, üzülməz deyirlər . Sənin haqqının öz yerini tapacağı gün uzaqda deyil ... Doğum günün mübarək"

Oxşar yazılar