Koronavirus onlayn statistika

Hamiləliyini gizlədən qadın hamam otağında körpəsini boğdu

Hamiləliyini gizlədən qadın qohumlarının və tibb işçilərinin köməyi olmadan uşaq dünyaya gətirib, sonra isə onu hamam otağında boğub.

REN TV-nin məlumatına görə, dəhşətli hadisə Başqırdıstanda qeydə alınıb.

Məlumata görə, 26 yaşlı qız cinayətdən bir neçə gün sonra xəstəxanaya gələrək, uşağın təbii şəkildə öldüyünü bildirib. Lakin ekspertiza zamanı yeni doğulan körpənin bədənində zorakılıq əlamətləri aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq qadını saxlayıblar. Hadisə ilə əlaqədar cinayət işinə başlanılıb.

Oxşar yazılar