Koronavirus onlayn statistika

Həkimlər kişinin başında 26 il qalan bıçağı çıxardılar - FOTO

Çində həkimlər unikal əməliyyat həyata keçiriblər.

“Metro” nəşri xəbər verir ki, həkimlər Sinxay qəsəbəsindən olan 76 yaşlı Duoricini əməliyyat edərək onun başından bıçaq çıxarıblar.

Yaşlı kişi başında ağrıların olması şikayəti ilə həkimə müraciət edib.

Həkimlər onun başında 26 il əvvəl soyğunçuların vurduğu və qırılıb qalan bıçağı aşkar ediblər. Lakin onlar əməliyyatın kişinin ölümünə səbəb ola biləcəyini deyiblər.

Metal bıçaq kişinin sağ gözündə görmə qabiliyyətini pozub və onun sağ əli ilə ayağı iflic vəziyyətə düşüb. 

Həkimlərin keçirdiyi uğurlu əməliyyatdan sonra xəstənin gözü açılıb və o, sərbəst yeriyə bilib.


Oxşar yazılar