Koronavirus onlayn statistika

imkansız, tənha sakinlərə növbəti ərzaq sovqatı paylanıldı

Nərimanovda şəhid ailələrinə, imkansız, tənha sakinlərə növbəti ərzaq sovqatı paylanıldı

Karantin rejiminin tətbiqi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb.

BakuPost xəbər verir ki, aksiyası çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 2400 artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Bu gün də karantin rejimi tətbiq olunan dövr ərzində artıq ikinci dəfədir ki, 300-dən artıq şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təkrar olaraq ərzaq payları çatdırılıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun gənc könüllüləri yardımların göstərilməsi ilə yanaşı, vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən bu həssas dövrdə evdə qalmalarını, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələrini, yaranmış hər hansı bir problemlərlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.


Oxşar yazılar