Koronavirus onlayn statistika

İspaniya mətbuatı elan etdi: Ardanın yeni klubu...

Bu mövsümün sonunda "Barselona" klubu ilə müqaviləsi başa çatacaq Arda Turanla bağlı yeni məlumat yayılıb.

Offsideplus.az İspaniya mediasına istinadən xəbər verir ki, təcrübəli futbolçu yenidən keçmiş klubunda çıxış edəcək.

Belə ki, 33 yaşlı yarımmüdafiəçi növbəti mövsümdən "Qalatasaray"ın formasını geyinəcək.

Futbolçunun xüsusilə "cimbom"un baş məşqçisi Fatih Terimlə söhbətlərindən sonra bu barədə razılıq əldə edildiyi yazılıb.

Həmçinin Ardanın keçidinin "Qalatasaray"a çox rahat, yəni sərbəst qalma məbləği ödəmədən başa gələcəyi bildirilir.

Qeyd edək ki, türkiyəli futbolçunun son klubu "Başakşəhər" olub.

Oxşar yazılar