Koronavirus onlayn statistika

İtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb

İtaliyada ölüm sayı Çindən, həmçinin İran və Cənubi Koreyanın birlikdə göstəricisindən yüksəkdir...

İtaliyada koronavirusdan ölüm hallarının yüksək olmasının səbəbi ölkənin demoqrafik xüsusiyyətləri ilə bağlıdır.

 

Burada əhalinin böyük hissəsi yaşlı nəslin payına düşür. Eyni zamanda yalnız xəstəlik simptomları açıq şəkildə biruzə verən xəstələrə test edilir.

 

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə  İtaliyanın "Corriere della Sera" qəzeti yazır.

 

Ölənlərin sayına görə İtaliya Çini, eyni zamanda İran və Cənubi Koreyanı üstələyib. 

 

"Corriere della Sera" yazır ki, göstərilən bu rəqəmlər infeksiyanın faktiki dərəcəsini əks etdirmir, çünki epidemiyanın irəliləməsi ilə İtaliya test strategiyasını dəyişdirib. Fevralın 21-dən sonrakı ilk hallarda, Lombardiya bölgəsinin Kodoqno qəsəbəsində yoluxma aşkar edildikdə, yalnız onunla təmasda olanlara testlər edilirdi. Yoluxma hallarının sayının artması ilə, həmçinin material və kadr çatışmazlığı səbəbindən yalnız koronavirus simptomları aşkar edilən və ağır simptomları olan insanlara test edilməyə başlandı.

 

Nəhayət, nəşr qeyd edir ki, əsasən tənəffüs yollarına təsir edən bir xəstəlik olmaqla, koronavirusa yoluxmada ölüm hallarının çox sayda olması əhalidə ümumilikdə  ağciyərlərin hansı vəziyyətdə olmasını göstərir. Bununla əlaqədar, İtaliyanın şimalındakı böyük şəhərlərdə atmosferdəki zərərli hissəciklərin yol verilən miqdardakı göstəricilərdən çox olması, ümumilikdə  son illərdə ekoloji vəziyyətin pisləşməsinə işarə edir.

 

Son amil olaraq isə siqaretin adı çəkilir.

 

Mütəxəssislər qeyd edir ki, ən ağır hallarda olan xəstələr məhz siqaret çəkənlərdir.


Oxşar yazılar