Koronavirus onlayn statistika

İtaliyada mafiya koronavirusla bağlı hərəkətə keçdi

Koronavirus epidemiyasının tüğyan etdiyi İtaliyada mafiya iqtisadi böhran səbəbindən ehtiyaclı ailələrə dəstək olmağa başlayıb.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, mafiya üzvləri ehtiyacı olan insanları müəyyənləşdirərək onlara müxtəlif yardımlar edirlər.

Mafiya nümayəndələri Kampania, Kalabria, Siciliya və Puglia kimi maddi cəhətdən yaxşı olmayan bölgələrdəki insanlara qida yardımı ediblər.

Mövcud vəziyyətlə bağlı italiyalı siyasətçilər hökumətə xəbərdarlıq edərək "daha yaxşı tədbirlər görülməzsə, mafiya hökuməti ələ keçirə bilər", - deyə mesajını veriblər.

"Bir aydan çoxdur ki, kafe, mağaza, restoranlar bağlanıb. Milyonlarla insan bir aydan çoxdur, qazanc əldə etmir və yenidən işə nə vaxt başlayacaqlarını bilmir. Əgər hökumət buna müdaxilə etməsə, mafiya insanlara etdiyi xidmət müqabilində nəzarəti ələ alacaqlar", - deyə Kalabria bölgəsindən olan prokuror Nikola Qratteri hökumətə səslənib.

BAKU.WS

Oxşar yazılar