Koronavirus onlayn statistika

Kamran Əliyev: “Axı biz hələ iki gün öncə məlumat vermişdik ki...”

"Bu saatlara qədər rayonlardan Bakıya gələn 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, 100-dən yuxarı avtomobilin isə istiqaməti dəyişdirilib:
"Geri qaytarılan avtomobil sürücülərinin əsas arqumentləri hava şəraiti ilə əlaqədardır. Deyirdilər ki, "hava şəraiti pisdir, yollar pis gündədir”. Martın 18-də hava bir az yağmurlu idi. Amma yolda heç bir problem yoxdur. Axı biz hələ iki gün öncə məlumat vermişdik ki, martın 18-dən günorta saatlarından sonra çalışın yola çıxmayın. Çünki ləngiyə bilərsiniz, təyin olunan vaxta çata bilməyəcəksiniz. Odur ki, vaxtında yola çıxmayanlar postlardan geri qaytarılır”.
 Kamran Əlyev bildirib ki, yük avtomobillərinin Bakıya girişində heç bir məhdudiyyət yoxdur.

Oxşar yazılar