Koronavirus onlayn statistika

Karantin rejiminə uyğun imtahan formatı hazırlanır

“İmtahanlarda formatlar üzərində işləyirik. Karantin rejimi zamanı regiondan regiona vətəndaşlar da icazəsiz gedə bilməz. Evdən icazəli çıxmaq üçün səbəblərdə imtahana getmək yoxdur. Ona görə də karantin rejiminin qaydalarına uyğun olaraq imtahanların formatı da müəyyən ediləcək”.

"BakuPost"un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən imtahanlar kütləvi imtahanlardır: “Kütləvilikdə nə qədər adam ola bilər, 50, 100 və s. bunu qərargah müəyyən edəcək. Bir partanın arxasında yalnız bir adam otura biləcək, əvvəl 2-2 otururdular. İndi əsas məqsəd sanitar-giiyenik təhlükəsizliyi qorumaqdır, ona görə də abituriyentlər bir-bir oturacaq, aralarında 1,5 metr məsafə olmalıdır. Bu normativləri nəzərə alırıq. Martın 1-də keçirdiyimiz imtahanda da şagirdlırən hərarəti yoxlanılmışdı, hərarəti olanlar imtahana buraxılmamışdı. İmtahandan əvvəl binaların auditoriyalarında hansı tədbirlər görülməlidirsə, görəcəyik. Bu, elə də sadə proses deyil. Bu prosesdə təkcə bizim yox, müəyyən təşkilatların da işçiləri iştirak etməlidir".

Oxşar yazılar