Koronavirus onlayn statistika

Karantinin beşinci günündə 45 illik arvadını öldürdü

Böyük Britaniyada kişi arvadını öldürməkdə ittiham edilir.

“Daily Mail” xəbər verir ki, 67 yaşlı Rus Vilyams evində huşsuz vəziyyətdə tapılıb.

Xəstəxanaya aparılan qadın başından aldığı xəsarətlərdən orada keçinib.

Onun 69 yaşlı əri Antoni Vilyams şübhəli şəxs qismində saxlanılıb.

Onlar 45 il evli olublar.

Qonşuları Vilyams ailəsinin bir-birinə sadiq olduğunu deyib:

“Heç vaxt belə hadisənin baş verəcəyi ağlıma gəlməzdi. İnsanlar karantin tətbiq ediləndən stress keçirirlər”.

Qətlin koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Böyük Britaniyada karantin elan olunandan beş gün sonra baş verdiyi qeyd edilir.

Oxşar yazılar