Koronavirus onlayn statistika

“KORONAVİRUS Çinin bioloji silahıdır” – ABŞ-dan 20 trilyonluq tarixi İTTİHAM

Çin hökumətinə qarşı 20 trilyon dollarlıq iddia qaldıran ABŞ-lı hüquqşünas Lerri Kleyman ABŞ kəşfiyyat orqanlarında COVID-19-un bioloji silah olduğunu sübut edəcək dəlillər olduğunu bildirib.

Martın 17-də Çin hökumətini məhkəməyə verən Kleyman iddiasında virusun Uxan Virologiya İnstitutunda inkişaf etdirildiyini qeyd edib.

“Çində yeganə bioloji silah laboratoriyası Uxandadır. İki dəfə iki dörd edir. ABŞ kəşfiyyat orqanlarında araşdırma aparacağıq. Onlar hər şeyi bilirlər”, – deyə hüquqşünas öz açıqlamasında bildirib.

“Təzminat tələblərinə cəza tədbirləri də daxildir. Çin bu pandemiyaya görə ağır şəkildə cəzalandırılmalıdır. Məhkəmədə qalib gəldikdən sonra ABŞ bankları və investisiya sahələrindəki milyardlarla Çin aktivləri dondurula və ya ləğv edilə bilər”.

Qeyd edək ki, Kleyman Çini “ehtiyatsızlıqdan və ya hər hansı başqa formada COVID-19-un Uxan Virologiya İnstitutundan Çinin Hubei əyalətindəki Uxan şəhərinə buraxılmasına icazə verməkdə, institut işçilərinin bu bio-silah vasitəsilə yoluxmasına və virusun ətraf ərazilərə, o cümlədən, Amerika Birləşmiş Ştatlarına yayılmasının qarşısını ala bilməməkdə” günahlandırır.

(The Guardian)

Oxşar yazılar